12:04 - 19.02.2025
19 fevral, Fineko/abc.az. Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.
Son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirən sabiq icra başçısı artıq azaddır.
Bir ay əvvəl də Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.
C. Cəfərov və T. Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025