15:16 - 19.02.2025
19 fevral, Fineko/abc.az. Azərbaycan keçən il xaricdən 64.56 min ton həcmində xam palma yağı idxal edib və paralel olaraq bir çox qida yağlarının həcmi yüksəlməkdə davam edir. Xam palma yağının ilik müqayisədə artım dinamikası öncəki illərlə müqayisədə daha çox artımdır.
ABC.AZ xəbər verir ki, bu 2023-cü ildən 42 faiz artımdır.
Azərbaycan palma yağını iki ölkədən – Malayziya və İndoneziyadan alır. Keçən il idxal edilmiş palma yağının bir tonu 1269 dollara yüksəlməklə keçən il qeydə alınan 1149 dollardan 10 faiz artıb.
Xaricdən idxal edilmiş xam palma yağına görə ölkə 81.93 milyon dollar valyuta xərcləyib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025