X sosial şəbəkəsi 44 milyard dollar dəyərində maliyyə cəlb etməyi planlaşdırır

15:23 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Amerikalı sahibkar İlon Maskın sahib olduğu X sosial şəbəkəsi 44 milyard dollar dəyərində maliyyə vəsaiti cəlb etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən xəbər verir.

2022-ci ildə İlon Mask X sosial şəbəkəsini 44 milyard dollara satın aldı. Bildirilib ki, yeni investisiya raundu ilə bağlı danışıqlar davam edir və əməliyyatın şərtləri dəyişə bilər. İstisna edilmir ki, X əlavə vəsait cəlb etməkdən imtina edəcək.