Azərbaycana palma yağı əsasən bu ölkələrdən gətirilir

15:37 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Azərbaycana palma yağının 40.67 min tonu İndoneziya, 23.9 min tonu isə Malayziyadan idxal edilib.

ABC.AZ xəbər verir ki, xam palma yağı emal olunmamış, kimyəvi modifikasiyaya məruz qalmamış bitki yağları kateqoriyasına daxildir.

Bu bitki yağı əsasən qida sənayesi və sənaye məqsədləri üçün istifadə olunur. Dünya üzrə ən böyük istehsalçı ölkələr İndoneziya və Malayziyadır.

Palma yağı digər yağlarla müqayisədə daha az xərcli olması, istər Azərbaycan, istərsə də digər ölkələr üçün cəlbedici məhsuldur.

Keçən il bitki yağlarından digər ən yuxarı artım günabaxan yağındadır. Xam günəbaxan yağının idxal həcmi illik 27 faiz artımla 43.74 min ton və ya $38.74 milyon təşkil edib. Ölkədə duru yağ kimi ən çox istifadə edilən qarğıdalı yağının idxal həcmi isə illik müqayisədə 18 faiz artımla 7.97 min ton ($9.89 mln.) və hazır şəkildə isə illik 17 faiz artımla 11.05 min tona ($16.72 mln.) yüksəlib.