İran "Xəzər dənizi – Fars körfəzi" dəhlizi ilə bağlı planlarını açıqladı

15:42 - 19.02.2025


19 fevral, Fineko/abc.az. İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak Tehranda keçirilən III Xəzər İqtisadi Forumunda çıxış edərək ölkənin "Xəzər dənizi – Fars körfəzi" dəhlizinin infrastrukturunu inkişaf etdirməyə hazır olduğunu bildirib.

ABC.AZ xəbər verir ki, bu layihəyə logistika bazalarının yaradılması və Xəzəryanı ölkələrə xidmət göstərmək üçün İran İslam Respublikasının cənub limanlarından istifadə daxildir.

Forum çərçivəsində iştirakçılar altı tematik sahəni müzakirə etdilər: statistika, sənaye, iqtisadiyyat, gömrük, bankçılıq, nəqliyyat, səhiyyə, turizm, neft və qaz.