15:54 - 19.02.2025
19 fevral, Fineko/abc.az. Türkiyənin nəhəng neft holdinqi “Tupras” ABŞ-nin sanksiyaları səbəbindən Rusiya neftinin alışını dayandırıb, şirkət təsdiqləyib.
ABC.AZ xəbər verir ki, “Tupras”ın Rusiyadan neft məhsullarının idxalını tamamilə dayandırıb-dayandırmayacağı hələlik bəlli deyil.
“Kpler” analitika şirkətinin məlumatına görə, 2024-cü ildə “Tupras” gündəlik 225 min barel Rusiya nefti idxal edib. Bu, illik müqayisədə 26.4% çoxdur (2023-cü ildə gündəlik 178 min barel ilə müqayisədə) və yeni rekord olub.
Yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın enerji sektoruna qarşı irimiqyaslı sanksiyalar tətbiq edib.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025