16:27 - 19.02.2025
19 fevral, Fineko/abc.az. Vyana Texniki Universitetinin atom və subatomik Fizika İnstitutunun bir qrup alimi kvant işığını mikro səviyyədə manipulyasiya etməyə imkan verən sistem hazırlayıblar.
ABC.AZ xəbər verir ki, bu sistemin əsas elementi "süni atomlar" — xüsusiyyətləri istədiyi kimi tənzimlənə bilən yüzlərlə mikrometr ölçülü superkeçirici zəncirlər olub.
Tədqiqatın aparıcı müəllifi Yelena Redçenko izah edir ki, sabit xüsusiyyətlərə malik adi atomlardan fərqli olaraq, süni atomlar müəyyən enerji səviyyələrini təyin edərək "proqramlaşdırıla" bilər.
Mikrodalğalı radiasiya süni atomların yanında keçən xüsusi bir metal teldən (rezonatordan) keçir. Bu zaman teldə fotonlar və süni atomların mübadiləsi baş verir. Bu qarşılıqlı əlaqənin gücünün də dəqiq tənzimlənə bilməsi vacibdir.
Yaradılan texnologiya kvant fizikası sahəsində yeni üfüqlər açır və kvant kompüterlərinin, kvant rabitə sistemlərinin və digər perspektivli sahələrin inkişafında tətbiq tapa bilər.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
18 Mart 2025