İranın parlamenti iqtisadiyyat və maliyyə nazirinin impiçmentini elan edib

16:36 - 19.02.2025


19 fevral, Fineko/abc.az. İran parlamenti açıq iclas zamanı iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçment proseduruna başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə İslam Respublikası Məclisinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi bildirib.

Artıq bir neçə həftədir ki, İran parlamentində iqtisadiyyat və maliyyə nazirinin vəzifəsindən azad edilməsi məsələsi qaldırılır. Səbəb İran valyutasının bazar məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir. İran KİV-lərinin məlumatına görə, İran Mərkəzi Bankının rəsmi məzənnəsinin 1 dollara 670 min rial təşkil etməsinə baxmayaraq, bu il fevralın 19-na olan bazar məzənnəsi 1 dollara 900 min rialı ötüb.