Bir ildə Azərbaycanda 15 min 900 iş yeri bağlanıb

16:47 - 19.02.2025


19 fevral, Fineko/abc.az. 2024-cü il ərzində ölkədə 15.9 min iş yeri bağlanıb.

ABC.AZ DSK-ya istinadən xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 30.1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 29.7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70.3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.