Honq Konq rəqəmsal aktivlər üçün törəmələr və marja kreditləri təqdim edəcək

17:08 - 19.02.2025


19 fevral, Fineko/abc.az. Hong Kong səlahiyyətliləri, bir sıra investorlar üçün rəqəmsal aktivlərdə törəmələri və marja kreditlərini təsdiqləməyi planlaşdırırlar.

ABC.AZ xəbər verir ki, CoinDesk Consensus Hong Kong 2025 konfransında qiymətli kağızlar və fyuçerslər Komissiyasının (SFC) baş direktoru Julia Leung,"peşəkar investorlar üçün törəmə məhsullara, müəyyən müştərilər üçün marja kreditlərinə məsələrinə baxırıq" deyib.

Hong Kong ilk dəfə 2022-ci ildə rəqəmsal aktiv ticarət mərkəzi olmaq üçün plan hazırlayıb. Bu təşəbbüs Pekinin bir il əvvəl materik Çində bütün kriptovalyuta əməliyyatlarını qadağan etməsindən sonra baş verdi.