Hazırda ölkədə qeydiyyatda olan işsizlərin sayı 225,6 min nəfərdir

17:12 - 19.02.2025


19 fevral, Fineko/abc.az. 2025-ci il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,6 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 48-ni (108,3 min nəfər) qadınlar, 52%-ni kişilər (117,3 min nəfər) təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 441,4 manat olub.