10:52 - 20.02.2025
20 fevral, Fineko/abc.az. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin yol verdiyi bir sıra nöqsanlar üzə çıxıb.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı təhlükəsiz tullantıların idarə olunması auditinin nəticələrində bildirilib.
Toplanmış sübutlar auditlə əhatə olunan dövrdə Bakı şəhərinin 11 rayon (Qaradağ rayonu istisna olmaqla) mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş müvafiq tullantıların miqdarının Bakı şəhəri üzrə yığılmış ümumi (statistik məlumatlara əsasən) məişət tullantılarının 42,5%-inə bərabər olduğunu və nəticə etibarı ilə 2935,2 min tona yaxın tullantıların ASC-yə təhvil verilməsinin Bakı ŞİH xətti ilə təmin edilmədiyini və məişət tullantılarının yığılması və zərərsizləşdirməyə təqdim edilməsi işinin səmərəsiz təşkil edildiyini deməyə əsas vermişdir ki, bu da bir tərəfdən tullantıların çeşidlənməsi və ya yüksək kalorifik dəyərlə yandırılması ilə rəsmən səfərbər olunmamış resurs potensialının, digər tərəfdən isə qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasının nə dərəcədə yüksək olduğunu göstərir.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025