“Atəşgah” 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim etdi

12:19 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. “Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim etdi.

“Atəşgah” şirkətinin məlumatında deyilir ki, Sığorta Qrupunun Direktorlar Şurası 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib.

“Strategiyanın məqsədi üç il ərzində biznes göstəricilərini yaxşılaşdırmaqdır. Strategiyanın əsas məqsədləri rəqəmsallaşdırma, elektron satış kanalının genişləndirilməsi, İT infrastrukturunun təkmilləşdirilməsidır”, - bunu “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri Azər Əliyev deyib.

Strategiya 5 istiqaməti əhatə edir:

1.      İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkətlər üzrə rəqəmsallaşdırılma səviyyəsinin yüksəldilməsi.

2.      Biznes proseslərin təkmilləşdirilməsi.

3.      Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi.

4.      İnsan kapitalına investisiya.

5.      Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.

Azər Əliyev vurğuladı ki, strategiyaya görə, “Atəşgah” SŞ pərakəndə əmlak sığortası və avtonəqliyyat vasitəsi sığortası seqmentində lider olmalı, korporativ sığorta sektorunda öz mövqeyini gücləndirməlidir.

Məlumatda qeyd edilir ki, “Atəşgah” və “Atəşgah Həyat” şirkətlərinin daxil olduğu  “Atəşgah” SQ-nun 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib.

 


Bütün xəbərlər