MİDA Hövsanda 27.3 milyon manata 5 yaşayış binası tikəcək

12:00 - 21.02.2025


21 fevral, Fineko/abc.az. “MİDA” MMC “Amal Group” MMC ilə 27.3 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 27 285 107 manatdır.