14:06 - 21.02.2025
21 fevral, Fineko/abc.az. Bir çox ölkələrdə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellekt tətbiq olunur.
ABC.AZ xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Onun sözlərinə görə, gələcəkdə məhkəmədə bundan istifadə olunması istisna deyil:
“Yəqin ona hansısa sual veriləcək. Amma cavabı sadəcə rəy şəklində ola bilər. Süni intellekt həyatın bütün sahələrinə sirayət edəcək. Amma bütün qərarların arxasında canlı insan dayanır. Burada hisslər, insani keyfiyyətlər, vicdan əsas rol oynayır. Bu məsuliyyətin arxasında insan dayanır. “Sofiya” xanım bunu bacara bilməz”.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə Azərbaycanda süni intellektin inkişaf konsepsiyasının təsdiqlənməsinin gözlənildiyini bildirib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə vurğulayıb ki, süni intellekt və kibercinəyatkarlıq suverenliyə təhlükə törədən amillərdəndir:
“Süni intellektlə bağlı qanun layihəsinin hazırlanması da planlaşdırılır. Bu baxımdan İKT sahəsini və məsələnin hüquqi aspektini yaxşı bilən kadrlar lazımdır”. (Report)
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025