15:43 - 24.02.2025
24 fevral, Fineko/abc.az. 2025-ci il yanvar ayı ərzində Azərbaycanda sığorta ödənişləri təxminən 47,6 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, müştərilərinə ən çox sığorta ödənişi edən şirkətlər 25,6 milyon manatla "Paşa Həyat Sığorta" və 8,8 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin ödənişləri 3,7 milyon manatı keçib.
“Atəşgah” Sığorta Şirkəti isə ötən ay ümumilikdə 2,8 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri isə 1,9 milyon manatı keçib
"Meqa Sığorta"nın ödənişləri isə 1,2 milyon manata yaxınlaşıb.
18 Aprel 2025
18 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025