Bu Fondun binasının təmirinə 18 milyon manat xərclənəcək

10:41 - 25.02.2025


25 fevral, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu “Maksimus” MMC ilə 18 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə yeni inzibati binada təmir-bərpa işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 17 804 627 manatdır.

Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 1969-cu məhəllədə yerləşən inzibati binaya dair tikinti layihəsi üzrə işlər olacaq.