12:02 - 26.02.2025
26 fevral, Fineko/abc.az. DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb. Belə ki, buraxılış imtahanına giriş qiyməti 20 manatdan 45 manata, blok imtahanı 40 manatdan 45/50 manata, altqrupu imtahanı 10 manatdan 20 manata, əlavə xarici dil imtahanı 10 manatdan 30 manatadək artırılıb.
ABC.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynovanın sözlərinə görə, bəzi şəxslər tələb olunan ödənişlərdən azaddır:
“Cari ilin məzunları buraxılış imtahanı və qəbul imtahanının birinci mərhələsində ödənişdən azaddırlar. Qəbul imtahanının ikinci cəhdində iştirak üçün isə ödəniş etməlidirlər. Ötən ilin məzunları nə vaxtsa bir dəfə qəbul imtahanında iştirak ediblərsə, onlardan ödəniş tələb olunacaq. Keçən ilin məzunu olub heç vaxt qəbul imtahanında iştirak etməyənlərdən də ödəniş tələb olunmayacaq”. (Sfera.az)
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025