11:00 - 27.02.2025
27 fevral, Fineko/abc.az. Daha bir şirkətin səhmlərinin İPO-su (İlkin Kütləvi Təklif) həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasında jurnalistlərlə keçirilən görüşdə Bakı Fond Birjasının Listinq şöbəsinin baş məsləhətçisi Fərhad Mansurov bildirib. Sözügedən məsələ barədə qısa anons verən F.Mansurov qeyd edib ki, İPO bu ilin üçüncü rübündə olacaq. Buna baxmayaraq, hələlik səhmlərini kütləvi təklif edəcək şirkətin adı açıqlanmayıb.
Qeyd edək ki, ötən il ilk dəfə Azərbaycan Beynəlxalq Bankı səhmlərini birjada İPO edib.
Müəllif: Elmir Murad
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025