Azərbaycanda ÜST-ın yeni nümayəndəsi təyin olundu

17:20 - 11.09.2018


11 sentyabr, Fineko/abc.az. XİN-in Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni nümayəndəsi Hande Harmancını qəbul etdi.

“Hande Harmancı  təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim etdi. Dr. Hande Harmancı fəaliyyəti dövründə Azərbaycan ilə ÜST arasında  münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırdı”, - XİN-in məlumatında belə deyilir.

Pərvin Mirzəzadə Hande Harmancıya  gələcək fəaliyyətində uğurlar arzu etdi.

 

Bütün xəbərlər