Avropa Bankı Azərbaycana 4,059 milyard avrodan çox investisiya yatırıb

16:02 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Ümumilikdə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana 196 layihə çərçivəsində 4,059 milyard avrodan çox investisiya yatırıb.

ABC.AZ xəbər verir ki, bu il yanvarın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin məbləği ötən il dekabrın 31-nə nisbətən 0,4 % və yaxud 3 milyon avro azalaraq 751 milyon avro təşkil edib.

2024-cü ildə EBRD Azərbaycanda 8 layihəyə ümumilikdə 199 milyon avro kredit verib. Bu, 2023-cü illə müqayisədə 27,6 % və yaxud 43 milyon avro çoxdur. Bank əvvəlki il iki layihəni maliyyələşdirib.