17:19 - 27.02.2025
27 fevral, Fineko/abc.az. Yeni baş plana əsasən Abşeron yarımadasında yeni sub mərkəzlər yaradılacaq.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda keçirilən Beynəlxalq Developerlər Sammitində bildirib.
Onun sözlərinə görə, Bakı regionun bir çox şəhərləri kimi mərkəzdən, yəni qala kompleksindən böyüməyə və genişlənməyə başlayıb:
“Paytaxt bu günə kimi mono mərkəzləşmədən əziyyət çəkir. Yeni baş plana görə Abşeron yarımadasında bir neçə çoxfunksional özəyin mövcudluğu planlaşdırılır. Məqsəd yaşayış yerindən asılı olmayaq hər kəsə bərabər şərait yaratmaqdır. Yəni, insanlar öz yaşayış arealı daxilində 15 dəqiqədə bütün xidmətləri əldə edə bilsinlər. Müxtəlif sub mərkəzlər arasında yaşıl dəhlizlərin yaradılması nəzərdə tutulur. Onlardan biri – çox böyük olanı artıq şəhər daxilində yaradılır – “Gənclik” metrostansiyasından Port Bakıya qədər uzanacaq. Bu, bir neçə ildən sonra yaradılacaq kifayət qədər böyük dəhlizdir. Dəhliz ekoloji cəhətdən təmiz səyahət üsulları, vaxt keçirmək və s. imkanlar yaradacaq. Eyni yaşıl dəhlizlər şəhərin mərkəzi hissəsindən kənarda da yaradılacaq. Onlar mərkəzi zonadan kənardakı şəhər sub mərkəzlərini birləşdirəcəklər”.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025