10:43 - 4.03.2025
4 mart, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir. Fevralın 20-də Ali Məclisin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.
ABC.AZ xəbər verir ki, rəsmi açıqlamada bildirilir ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.
Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Ancaq Konstitusiyada nələrin dəyişəcəyi hələlik məlum deyil.
Naxçıvan Konstitusiyasında ən vacib dəyişiklik Naxçıvan Ali Məclisinin sədrinin xüsusi statusu ilə bağlıdır.
Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilə bilər.
24 Aprel 2025
24 Aprel 2025
24 Aprel 2025
24 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025