10:55 - 4.03.2025
4 mart, Fineko/abc.az. “Microsoft” həkimlər üçün “Dragon Copilot” süni intellekt köməkçisini təqdim edib.
O, sənədlərin təşkilində, etibarlı mənbələrdə tibbi məlumatların axtarışında və tapşırıqların avtomatlaşdırılmasında kömək edir.
ABC.AZ xəbər verir ki, süni intellekt köməkçisi özündə səsli qeydlər aparmağa kömək edən “Dragon Medical One” və sənədləşdirməni avtomatlaşdıran “DAX Copilot” xidmətlərini birləşdirir.
Hər iki xidmət “Nuance Communications” şirkətinin məhsuludur, “Microsoft” onları 2021-ci ildə alıb.
Köməkçidən qeydləri tamamlamağı və ya xəstənin tarixçəsini soruşmağı xahiş etmək olar, məsələn, “Xəstənin nə vaxtsa qulaq ağrısı olubmu?”. “Dragon Copilot” həm də müalicə planı ilə bağlı kömək edir. Xidmət ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi kimi mənbələrə istinad edir.
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025