İsrailin Müdafiə naziri Aviqdor Liberman Azərbaycana səfər edəcək

11:45 - 12.09.2018


12 sentyabr, Fineko/abc.az. Sentyabrın 13-də İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

“Görüşlər zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, Azərbaycanla İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini və tərəflərə maraqlı olan digər məsələləri müzakirə edəcəklər”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər