Ən çox dövriyyə həyata keçirən birja üzvləri - Siyahı

15:11 - 5.03.2025


5 mart, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.

ABC.AZ Birja-ya istinadən xəbər verir ki, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 8 milyard 222 milyon manat dövriyyə ilə 1-ci, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC  7 milyard 50 milyon manat dövriyyə ilə 2-ci, Assist Finance İnvestisiya Şirkəti ASC 1 milyard 558 milyon manat dövriyyə ilə 3-cü yeri tutub.