16:59 - 5.03.2025
5 mart, Fineko/abc.az. Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır.
ABC.AZ xəbər verir ki, birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır. Burada ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur.
Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, hazırda evlərdə bir çox işlər tamamlanıb:
“Mahruzlu kəndində 190 fərdi yaşayış evindən 135-də artıq dam işləri yekunlaşıb.Evlərin 75 faizinin fasad izolyasiya və suvaq işləri icra edilib. Daxili mühəndis-kommunikasiya işləri də başlayıb. Mahruzlu kəndində insanların rahat və firavan həyat sürməsi üçün bütün zəruri infrastrukturun yaradılması nəzərdə tutulub”.
Kənddə tikilən evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlıdır. Bütün evlərin üzərində Günəş panelləri quraşdırılacaq. Evlərin inşasında xüsusi izolyasiya materiallarından istifadə edilir. Bu isə enerjiyə qənaət etməyə səbəb olacaq.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025