İlham Əliyev: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək

19:35 - 5.03.2025


5 mart, Fineko/abc.az. Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib.

Dövlət başçısı bildirib ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.