10:20 - 10.03.2025
10 mart, Fineko/abc.az. Yaponiyanın Toyota Motor Şirkəti konsern üçün komponentlərin hazırlandığı zavodda baş verən partlayış səbəbindən daha bir yığma xəttinin işini dayandırmaq məcburiyyətində qalacaq.
ABC.AZ xəbər verir ki, martın 6-da Toyota avtomobil konserni üçün komponentlərin istehsalı ilə məşğul olan Aichi prefekturasındakı zavodda sənaye toz toplayıcısının partlaması baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Parçaların tədarükündəki nasazlıq səbəbindən əvvəlcə 10 mart tarixindən etibarən Aichi prefekturasındakı iki müəssisədəki üç yığma xəttinin dayandırılması qərara alındı. Ancaq sonradan məlum oldu ki, Toyota “Toyota Probox” avtomobillərinin istehsal olunduğu Kyotodakı müəssisədə başqa bir yığma xəttini dayandırmalı olacaq.
Şirkət dayandırılmış yığma xətlərini nə vaxt yenidən işə sala biləcəyi hələ məlum deyil.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025