10:23 - 10.03.2025
10 mart, Fineko/abc.az. Ukraynadakı münaqişə və ABŞ-nin gələcək siyasətinə dair qeyri-müəyyənliyə cavab olaraq 2020-2024-cü illərdə Avropanın hərbi idxalı 2015-2019-cu illə müqayisədə 155% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah ticarətinin vəziyyəti ilə bağlı yeni hesabatında deyilir.
SIPRI bildirib ki, ABŞ-ın qlobal satışdakı payı 43%-ə yüksəlib, Rusiyanın ixracı isə 64% azalıb.
Ümumi hərbi satışlar 2015-19 və 2010-14-cü illərlə müqayisədə geniş şəkildə sabit qalıb, lakin 2005-09-cu illərə nisbətən 18% yüksək olub, Avropa idxalında və Amerika qitəsindəki artımlar digər bölgələrdəki azalmalarla kompensasiya edilib.
SIPRI-nin 2020-2024-cü illərdə dünyanın ilk 10 silah ixracatçısının siyahısı 2015-2019-cu illərdəki kimi olub, ilk beşlikdə ABŞ, Fransa, Rusiya, Çin və Almaniya olub. Bununla belə, qlobal payı 7,8% olan Rusiya üçüncü yerə yüksəlib, Fransa (9,6%) və İtaliya (4,8%) 10-cu yerdən 6-cı yerə irəliləyiblər. (Trend)
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025