ABŞ-da hökumət agentlikləri yaşı 115-dən çox olanlara yüz milyonlarla dollar kredit verib

10:50 - 10.03.2025


10 mart, Fineko/abc.az. Amerika hökumətinə daxil olan agentliklər yaşı 115-dən artıq olan şəxslərə yüz milyonlarla dollar kredit verib.

ABC.AZ xəbər verir kp, bu barədə ABŞ-da dövlət xərclərinə nəzaroət üçün yeni yaradılmış Dövlət Effektivliyi Departamenti (DOGE) məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-da sahibkarlığa dəstək üçün fəaliyyət göstərən kiçik biznes agentliyi son 2020-2021-ci ildə yaşı 115-dən artıq olan 3095 nəfər şəxsə 333 milyon dollar kredit ayırıb.

Agentlik bildirir ki, həmin şəxslərin adı hələ də ABŞ-ın sosial təminat sistemində sağ adamlar kimi qeyd edilib. Məsələn, agentlik 157 yaşlı şəxsə 36 min dollar kredit ayırıb.