Bu müraciət prosesi sadələşdiriləcək

14:04 - 10.03.2025


10 mart, Fineko/abc.az. Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.

Belə ki, sözügedən Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.