15:04 - 10.03.2025
10 mart, Fineko/abc.az. Azərbaycanda tənzimləyici qurum icazə verərsə, biz 5G texnologiyalarını tətbiq etməyə hazırıq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “NOKİA Azərbaycan” şirkətinin ölkə rəhbəri Aleksandr Şunin deyib.
O bildirib ki, artıq dünyada 6 G ilə də bağlı müzakirələr başlayıb: “Ona görə də tezliklər verilən kimi, Azərbaycanda 5G infrastrukturunu həyata keçirəcəyik”.
A.Şunin deyib ki, müşahidələr göstərir ki, 5G-ni tətbiq edən operatorların monetizasiya prosesi çox zəif gedir:
“Şəbəkəyə investisiyalar və bu investisiyalardan geri dönüş istənilən səviyyədə sürətli deyil. Buna görə də operatorların əksəriyyəti 4 G VƏ 4G+ ilə kifayətlənir. Onlar öz yatırımlarını maksimum dərəcədə geri qaytarmağa çalışırlar”. (APA)
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025