16:54 - 10.03.2025
10 mart, Fineko/abc.az. Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzi yarana bilər ki, bu da ölkənin rəqəmsal infrastrukturunun inkişafında mühüm addım olacaq.
ABC.AZ xəbər verir ki, bunu “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avrasiya bölməsinin satış direktoru Aleksandr Şunin “Onlayn Azərbaycan” layihəsinin hesabat tədbirində panel müzakirəsi zamanı bildirib.
“Trafik artdıqca şəbəkələr optimallaşdırma və inkişaf tələb edir. Bu, Azərbaycana da təsir edəcək qlobal trenddir. Bu gün süni intellekt artıq sənayeyə əhəmiyyətli təsir göstərir. Bütün dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində (“edge computing”) yerli məlumat emalı mərkəzi yaradırlar. Bu proses Azərbaycanda da qaçılmazdır. Süni intellektə malik yerli məlumat mərkəzi yaradılan kimi texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi ortaya çıxacaq”, – A.Şunin qeyd edib.
23 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025