17:06 - 10.03.2025
10 mart, Fineko/abc.az. Alimlər narahatdırlar ki, mikroplastik nəinki insan beyninə nüfuz edir, həm də demensiya və başqa nevroloji xəstəliklərin inkişafına gətirib çıxarır.
ABC.AZ xəbər verir ki, Ottava Universitetinin tədqiqatçıları Brain Medicine elmi jurnalında yazırlar: “İnsan beynində təxminən bir xörək qaşığı mikroplastik və nanoplastika var, demensiya diaqnozu sənədləşdirilmiş insanlarda 3-5 dəfə yüksəkdir".
Bundan əvvəl Nyu Meksiko Universitetinin alimləri mikroplastik və nanoplastikin beyinə digər insan orqanlarına nisbətən daha tez nüfuz etdiyini aşkar etmişdirlər. Demensiyasız vəfat edən insanların beyin nümunələrindəki bu elementlərin konsentrasiyası qaraciyərdə və ya böyrəklərdə müşahidə olunan konsentrasiyadan 7-30 dəfə çoxdur, demensiya xəstələrinin beyin nümunələrində isə plastik hissəciklərin daha çox olduğunu müşahidə olunur.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025