14:38 - 11.03.2025
11 mart, Fineko/abc.az. Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar Səudiyyə Ərəbistanının Ciddə şəhərində başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat verib.
Görüşdə Ukrayna tərəfdən Zelenski ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov iştirak edib. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uoltz rəhbərlik edib.
Bildirilmişdir ki, danışıqların mövzularından birinin Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün addımlar atmağa hazır olmasıdır.
Görüş mövzuları arasında, tərəflərin əvvəlki açıqlamalarına görə, minerallar haqqında razılaşma və Amerika silahlarının Ukraynaya tədarükünün bərpası ola bilər. Danışıqlar iştirakçıları açıq bəyanatlar vermədən, görüşü qapalı rejimdə keçiriblər.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025