16:16 - 11.03.2025
11 mart, Fineko/abc.az. Batumi, Kobuleti, Helvaçauri və Quria bölgələrinin bir hissəsində yüz mindən çox abunəçi mərkəzi qaz kəmərindəki qəza səbəbindən qazsız qalıb.
ABC.AZ xəbər verir ki, “SOCAR Georgia Gas”ın məlumatına görə, qəza çərşənbə axşamı səhər Tsetsxlauri (Acarıstan) kəndi yaxınlığında baş verib. Qaz paylama şirkətinin texniki qrupları yerində işləyir. Qaz tədarükü martın 12-də səhər saatlarında mərhələli şəkildə bərpa olunacaq.
Mərkəzi qaz kəmərindəki qəzanın səbəbləri dəqiqləşdirilməyib.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025