Ən çox şikayət olunan sığorta şirkətləri - Siyahı

16:18 - 11.03.2025


11 mart, Fineko/abc.az. Azərbaycanda Mart 2024 – fevral 2025 dövrü üçün icbari avto-sığorta üzrə şikayət indeksinə dair hesabat açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətləri arasında ən yüksək şikayət indeksi “Paşa Sığorta” ASC-yə məxsusdur. İndeks 1.3 bənd təşkil etməklə yüksək şikauət indeksi zonasına daxil olub.

Mərkəzi Bank tərəfindən “qırmızı zona” kimi qiymətləndirilən bu zonada hazırda “PAŞA Sığorta” ASC tək qalıb. İkinci sırada isə 1.15 bənd ilə “Atəşgah” Sığorta Şirkəti dayanır. Ən aşağı indeks isə “Qala Sığorta” ASC-yə məxsusdur.

“PAŞA Sığorta” keçən ilin sonrlarından “qırmızı zonaya” daxil olub. Buna qədər üst pillə “Xalq Sığorta” ASC-də idi. “Xalq Sığorta” hazırda orta şikayət zonası -“sarıya” qədər irəliləməyi bacarıb.