Trampın andiçmə mərasimindən sonra dünyanın ən varlı beş iş adamı $209 mlrd itirib

17:30 - 11.03.2025


11 mart, Fineko/abc.az. Dünyanın ən varlı beş iş adamı Trampın andiçmə mərasimindən bir ay yarım sonra ümumilikdə 209 milyard dollar itirib.

ABC.AZ xəbər verir ki, daha çox İlon Mask itirib, Tesla səhmlərinin çökməsi səbəbindən sərvəti 148 milyard dollar azalıb.

Ceff Bezos Trampın andiçmə Fondunun dəstəyinə və onunla şəxsən görüşməsinə baxmayaraq 29 milyard dollar itirib.

Google-un həmtəsisçisi Sergey Brin “Alphabet”in zəif rüblük göstəricilərinə görə 22 milyard dollar itirib.

Mark Zuckerberg və Bernard Arno şirkətlərinin kotirovkalarının düşməsində hər biri 5 milyard dollar itiriblər.

Sərvəti artıran ilk 10-dan yalnız Uorren Baffet olub. Onun kapitalı 156 milyard dollardır.