“Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri vəzifəsini tərk edib

17:31 - 11.03.2025


11 mart, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri Cenk Yüksel vəzifəsini tərk edib.

ABC.AZ xəbər verir ki, sədr Cenk Yüksel fevral ayı sonu etibarı ilə işdən ayrılıb.

Cenk Yüksel 2009-2015-ci illərdə Yapı Kredi Bankası A.Ş Daxili Audit departamentinin nəzdində Strateji Planlama və Audit koordinasiya qrupunun direktoru olub. 05.06.2015- 28.09.2015 -ci ildə “Yapı Kredi Bank Azərbaycan” QSC  Əməliyyatlar üzrə Baş Direktor (COO), 28.09.2015- ci ildən etibarən Yapı Kredi Bank Azərbaycan” QSC-da İdarə Heyətinin Sədri/Baş Direktor vəzifəsində çalışıb.