10:35 - 12.03.2025
12 mart, Fineko/abc.az. Avropa Komissiyası ABŞ-ın Avropa Birliyindən polad və alüminium idxalına dair "əsassız yeni tariflərə" cavab olaraq ABŞ-ın AB-yə idxalına 26 milyard avro həcmində "sürətli və mütənasib" əks tədbirlərin tətbiq olunduğunu elan edib.
"ABŞ 28 milyard dollarlıq tarifləri tətbiq etdiyi üçün biz 26 milyard avroluq əks tədbirlərlə cavab veririk. Bu, ABŞ tariflərinin iqtisadi miqyasına uyğundur. Əks tədbirlərimiz iki mərhələdə tətbiq olunacaq. Aprelin 1-dən başlayaraq aprelin 13-dən tam qüvvəyə minir", - Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen izah edib.
"Eyni zamanda, Aİ hələ də razılaşdırılmış həll yolu tapmaq üçün ABŞ administrasiyası ilə işləməyə hazırdır. Əgər həll tapılarsa, yuxarıda göstərilən tədbirlər istənilən vaxt ləğv edilə bilər”, — deyə o qeyd edib.
24 Aprel 2025
24 Aprel 2025
24 Aprel 2025
24 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025