17:04 - 12.09.2018
12 sentyabr, Fineko/abc.az. Azərbaycanda “The Grand Tour” verilişi çərçivəsində “Top Gear” proqramının məşhur keçmiş aparıcıları Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammondun iştirakı ilə test drayv keçiriləcək.
Qazaxıstanın "Avrasiya" sığorta şirkətinin məlumatına əsasən, test drayv digər dünya sığortaçıları ilə yanaşı, Qazaxıstanın sığorta şirkətində də təkrar sığortalanacaq.
Ümumi sığorta məbləği 2 milyon funt sterlinq təşkil edir.
Proqramın çəkilişləri 4-10 oktyabr 2018-ci il tarixlərində aparılacaq. Bütün tanınmış ekspertlər 3 avtomobili - Aston Martin DBS Superleggera, BMW M850i, Bentley Continental GT - ölkənin 5 şəhərinin küçələrində test edəcəklər. Avtomobillər xüsusi reyslə Böyük Britaniyadan təyyarə ilə çatdırılacaq.
Proqramın prodüserləri və müəlliflərinin sözlərinə görə, Azərbaycanda yeni avtomobillərin sınaq sürülməsi xüsusilə möhtəşəm və ecazkar olacaq. Tamaşaçıları aparıcıların təqdim edəcəyi əyləncəli və şən sınaqlar gözləyir.
2015-ci ilin mart hadisələrindən sonra, BBC şirkəti Ceremy Klarksonla “Top Gear” şousunun yaradılması haqqında müqaviləni uzatmadı. Ceyms Mey və Riçard Hammond digər aparıcı ilə birlikdə şounu tərk etmişdirlər. Onlar, Top Gear şirkətinin keçmiş prodüseri Endi Uilman ilə birlikdə Amazon şirkəti ilə yeni avtomobil şousunun 36 buraxılışının yaradılması haqqında müqavilə imzaladılar. Həmin şou lap yaxında “The Grand Tour” adı ilə tanındı.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
4 Oktyabr 2024