11:53 - 12.03.2025
12 mart, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarların zəmanət və subsidiya mexanizmi üzrə müraciət etdiyi layihələrin sayı 22-yə çatıb.
ABC.AZ xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.
“Həmin layihələr üzrə təsdiq edilmiş kommersiya kreditlərinin ümumi məbləği 32,3 milyon manatdır. Fondun mexanizmi əsasında maliyyələşdirilən layihələr xidmət, turizm və kənd təsərrüfatı sektorlarını əhatə edir, Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda həyata keçirilib. Fond olaraq bizim əsas məqsədimiz biznesini genişləndirmək istəyən sahibkarlara dəstək olmaqdır. Bütün iş adamlarını dövlətin zəmanət və subsidiya mexanizmindən faydalanaraq, bizneslərini böyütməyə və iqtisadiyyatımıza töhfə verməyə dəvət edirik”, – deyə o qeyd edib. (Report)
14 Mart 2025
14 Mart 2025
13 Mart 2025
13 Mart 2025
13 Mart 2025
13 Mart 2025