14:14 - 12.03.2025
12 mart, Fineko/abc.az. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 47,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 27,8 faiz, maşın və avadanlıqların istehsalı 22,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 21,8 faiz, əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, neft məhsullarının istehsalı 15,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz azalıb.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında qida məhsullarının istehsalı 10,7 faiz, içkilərin istehsalı 5,4 faiz, elektrik avadanlıqlarının istehsalı 5,2 faiz artmış, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, mebel istehsalı 5,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,9 faiz, hazır metal məmulatlarının istehsalı 9,0 faiz, tikinti materiallarının istehsalı 12,3 faiz, tütün məmulatlarının istehsalı 25,4 faiz, kağız və karton istehsalı 32,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,1 faiz, geyim istehsalı 39,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,5 faiz, poliqrafiya məhsullarının istehsalı isə 60,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artıb.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025