16:06 - 12.03.2025
12 mart, Fineko/abc.az. Ermənistan Baş Prokurorluğu ölkənin üçüncü prezidenti Serj Sarqsyana qarşı yeni ittihamlar irəli sürüb, ona qarşı çıxmama şəklində qətimkan tədbiri seçilib.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası qurumun cavabına istinadən məlumat verib.
Məlumata görə, iş Yerevandakı İsakov prospekti və "Yerablur" hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz özgəninkiləşdirilməsi faktı ilə başlanıb.
Sarqsyan xüsusi küllli miqdarda oğurluq və xüsusi külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
Bundan əvvəl Sarqsyana qarşı "Flaş" şirkətinin prezidentliyi dövründə xüsusilə iri məbləğdə dövlət vəsaitinin oğurlanmasının və himayəsinin təşkilində ittiham irəli sürülüb və bunun sayəsində həmin təşkilat dizel yanacağının tədarükü üçün dövlət tenderini qazanmışdı. Ötən ilin may ayında məhkəmə tərəfindən bəraət almışdı.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025