17:00 - 12.03.2025
12 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 1,7 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alıb.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025