Ötən il Azərbaycanda 239,3 kq arı südü əldə edilib

17:15 - 12.03.2025


12 mart, Fineko/abc.az. 2024-cü ildə 30601 təsərrüfatda mövcud olan 579,0 min arı ailəsindən 5166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun – 16,5 manat, vərəmumun – 109,7 manat, güləmin – 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7,0 manat olub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz azalmış, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artmış, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43,0 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 faiz azalmışdır. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.