Bu Fond yaxın gələcəkdə sığorta təminatına dair məhsul buraxılmayacaq

17:25 - 12.03.2025


12 mart, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu (SİF) yaxın gələcəkdə sığorta təminatına dair məhsul buraxılmasını planlaşdırmır.

ABC.AZ xəbər verir ki, bunu SİF-in nümayəndəsi Rüstəm Əliyev “1-ci Milli Maliyyə Əlçatanlığı Forumu”nda bildirib.

“Fond zəmanət məsələsində operator rolunda çıxış edir, layihələrin təhlil olunması və bu proseslərin icra edilməsini həyata keçirir. Riskin bölüşdürülməsinə gəlincə, kredit məbləğinin 90%-nə dövlət zəmanəti verilir. Yəni, burada risk tam olaraq 100% bölüşdürülmür. Daha dəqiq desək, riskin 90%-i dövlətin, 10%-i isə bankın üzərinə düşür. Bununla riskin bölüşdürülməsi prosesi baş verir. Yənu fondun əsas fəaliyyət istiqaməti zəmanətlərin verilməsi deyil”, – o qeyd edib. (Report)