Azərbaycanda bu il nə qədər neft və qaz hasil ediləcək?

10:26 - 13.03.2025


13 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft-kondensat hasilatı 4,5 mln. ton, ixracı isə 3,7 mln. ton olub.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, İki ayda 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3.8 mlrd. kubmetr qaz isə ixrac olunub.

“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,5 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,7 mln. ton olub. İki ayda 8,1 mlrd. kubmetr qaz hasil edilib, 3,8 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda qedy olunur.