ABŞ-nin kommersiya neft ehtiyatları 435 milyon bareli keçib

10:40 - 13.03.2025


13 mart, Fineko/abc.az. ABŞ-də kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 1 448 min barel artıb və 435 223 min barel təşkil edib.

ABC.AZ xəbər verir ki, Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 100 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (APA)